Nizami rayonunda konsert proqramı keçirilib - Fotolar

nizami-rayonunda-konsert-proqrami-kecirilib
Oxunma sayı: 697

7 apreldə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Nizami rayonunda Heydər Bağı Park-Bulvarda konsert proqramı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakinlərini və qonaqları salamlayan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 6 apreldə on milyonuncu Azərbaycan vətəndaşının dünyaya göz açdığını, Ağdərə rayonunun sakini, hazırda Ağdam rayonunda qeydiyyatda olan məcburi köçkün ailəsində bir qız uşağının doğulduğunu bildirib.

G.İsrafilova 10 milyonuncu ölkəmizin vətəndaşının valideynlərini və xalqımızı təbrik etdiyini söyləyib.

G.İsrafilova çıxışında Azərbaycanda əhalinin təbii yolla çoxaldığını, yeni doğulanların sayının dünyasını dəyişənlərin sayını üstələdiyini diqqətə çatdırıb və bildirib ki, son illərdə əhalinin artmasına müəyyən dərəcədə təsir göstərən səbəblərdən biri də miqrasiya saldosunun müsbət olması – ölkəyə daimi yaşamağa gələnlərin buradan birdəfəlik köçənlərdən çox olmasıdır.

Çıxışının sonunda G.İsrafilova artıq 10 milyonluq ölkə olduğumuzu qeyd edərək, hamını bu münasibətlə təbrik edib və doğulan hər körpənin təkcə ata-anasının, baba-nənəsinin deyil, bütün el-obanın sevinci olduğunu vurğulayıb.