Nizami rayonunda Yel çərşənbəsi qeyd edilib

nizami-rayonunda-yel-cersenbesi-qeyd-edilib
Oxunma sayı: 1233

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Keşlə qəsəbəsində və B.Nuriyev küçəsi 69 ünvanında Novruz çərşənbələrindən üçüncüsü - Yel çərşənbəsi münasibətilə bayram şənlikləri təşkil edilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bayram şənliklərində Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayonun idarə, müəssisə, təhsil və səhiyyə ocaqlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şənliklərdə ənənəyə uyğun olaraq bayram simvolu olan tonqallar qalanıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova sakinləri Yel çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, səadət, firavanlıq, bol ruzi-bərəkət arzulayaraq uğurlar diləyib.

Bayram şənliklərində 3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs dərnəyinin üzvləri rəngarəng rəqslərlə, incəsənət ustaları isə konsert proqramı ilə çıxış ediblər.