“Nizami” stansiyasında təmir gedir - Foto

nizami-stansiyasinda-temir-gedir
Oxunma sayı: 723

“Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq. 

Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır. 

Qeyd edək ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.