Nizamidə də yarım ilin hesabatı verildi

Nizamidə də yarım ilin hesabatı verildi
Oxunma sayı: 50

Nizami Rayon İcra Hakimiyyətində rayonun 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, cənab prezidentin dövlət tərəfindən sahibkarlara güzəştli şərtlərlə kreditlər verildiyini, sosial məsələlərin həllinin daim diqqət mərkəzində saxlanıldığını, beş milyondan çox insanın bu il pulsuz müayinədən keçdiyini, inşaat sektorunda canlanmanın müşahidə olunduğunu, sosial infrastruktur obyektlərinin tikintisinin aparıldığını, sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atıldığını, kənd yolları və Bakı şəhərində böyük yol infrastrukturu layihələrinin icra edildiyini söylədiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. 

Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2017-ci ilin birinci yarısında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib.

İ.Mehdiyev 2017-ci ilin yanvar-iyun aylarında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 211,8 milyon manat dəyərində sənaye məhsulu istehsal edildiyini, bunun da ötən ilə nisbətən 0,4 faiz artdığını, istehsalın 27,4 faizinin qeyri-dövlət sektoruna aid olduğunu, ixrac olunmuş malların dəyərinin 1,7 milyon manat təşkil etdiyini, öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcminin 52,0 milyon manat olduğunu, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 31,8 milyon manat həcmində investisiya yönəldildiyini, pərakəndə ticarət dövriyyəsinin həcminin 1037,2 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 109,7 milyon manat olduğunu, rabitə sahəsində ötən ilin müvafiq dövrünə nisbətən 12,6 faiz artaraq 179,3 milyon manat, nəqliyyat sahəsində isə 65,7 milyon manat dəyərində xidmətlər göstərildiyini diqqətə çatdırıb. Həmçinin cari ilin yanvar-iyun aylarında rayonda 2270 yeni iş yeri açıldığını, orta aylıq əmək haqqının ötən ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 645,3 manat təşkil etdiyini söyləyib.

Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə cari ilin birinci yarısında görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayaraq, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi