Nobel mükafatçıları bəlli oldu

nobel-mukafatcilari-belli-oldu
Oxunma sayı: 651

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, fiziologiya və tibb elmləri üzrə Nobel mükafatları Con Qerdon (Böyük Britaniya) və Sinye Yamanaka (Yaponiya) verilib. Bu barədə Stokholmdakı Karolina İnstitutunun tərkibindəki Nobel Komitəsindən bildirilib.

Fizika üzrə Nobel mükafatı laureatı oktyabrın 9-da, kimya üzrə oktyabrın 10-da, ədəbiyyat üzrə isə oktyabrın 11-də elan ediləcək.

Nobel mükafatının dünya üzrə laureatları isə oktyabr ayının 12-də Osloda elan olunacaq.