Nobel mükafatçısı dünyasını dəyişdi

nobel-mukafatcisi-dunyasini-deyisdi
Oxunma sayı: 1713

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vidiadxar Suracprosad Naypol 85 yaşında vəfat edib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu barədə Naypolun həyat yoldaşı məlumat verib.

Qeyd edək ki, Hind əsilli ingilisdilli yazıçı 1932-ci ildə Trinidad və Tobaqo Respublikasının Çaquanas şəhərində anadan olub.

V.S.Naypol 1971-ci ildə “Azad ölkədə” romanına görə Buker mükafatına, 2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Xatırladaq ki, yazıçı 2011-ci ildə Bakı Beynəlxalq Forumunda iştirak edib.