Nobel mükafatçısı dünyasını dəyişdi

nobel-mukafatcisi-dunyasini-deyisdi
Oxunma sayı: 1439

Ədəbiyyat üzrə Nobel mükafatçısı və Pulitzer mükafatının sahibi Toni Morrison 89 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” “Vulture”yə istinadən xəbər verir ki, Morrison dünən vəfat edib.

Qeyd edək ki, yazıçı Pulitzer mükafatını 1988-ci ildə “Beloved” romanına görə verilib.

Daha sonra Nobel mükafatına layiq görülən Morrison tarixdə bu mükafatı almış ilk qaradərili qadın yazıçıdır. O, sonuncu romanını – “God Help the Child”- 2015-ci ildə yazıb.

Morrisonun ədəbi yaradıcılığına 11 roman, hekayələr, uşaqlar üçün əsərlər daxildir.