“Nobel” mükafatçısı Səudiyyəni tənqid etdi - Partiyadan qovuldu

“Nobel” mükafatçısı Səudiyyəni tənqid etdi
Oxunma sayı: 1015

Yəmənli “Nobel” mükafatçısı və jurnalist Təvəkkül Karman Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrini sərt tənqid etdiyi üçün sanksiya ilə üzləşib.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanı və BƏƏ-ni işğalçı adlandırıb və Yəməndə zülmü davam etdirdiklərini bildirib.

Bu açıqlamasına görə, T.Karmanın “İslah” partiyasındakı üzvlüyü ləğv edilib.

Xatırladaq ki, Karman 2011-ci ildə Nobel Sülh Mükafatını qazanan 3 qadından biri olub.

Qeyd edək ki, 3 ildir Yəmənə edilən təcavüz nəticəsində 13 mindən çox insan ölüb, 20 mindən çox insan isə yaralanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi