Nobel mükafatı laureatı Eynulla Fətullayevə qonaqlıq verib

nobel-mukafati-laureati-eynulla-fetullayeve-qonaqliq-verib
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, noyabrın 19-da Dünya Bankının keçmiş prezidenti, ABŞ-da ən nüfuzlu alimlərdən biri Cozef Stiqlits “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri, Eynulla Fətullayevi azadllığa çıxması və ABŞ-a səfəri münasibətilə öz evində qonaq edib.

Mərasimdə ABŞ-ın nüfuzlu hüquq müdafiə təşkilatı olan “Human Rights Watch” və Jurnalistləri Müdafiə Komitəsinin rəhbərləri, Kolumbiya Universitetinin professorları, ABŞ və Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri, o cümlədən Rusiyanın “Dojd” telekanalının baş redaktoru Mixail Ziqar iştirak ediblər. E. Fətullayev, onun azadlığa çıxması ilə bağlı Qərbdə aparılan təbliğat kampaniyasının rəhbəri Nina Oqnyanova və Jurnalistləri Müdafiə Komitəsinin sədri Samuel Con çıxış edərək jurnalistin həbsinin tarixçəsi və Azərbaycanda azad mətbuatın ağır durumu haqqında ətraflı məlumat verib.

Tədbir şam yeməyi ilə davam edib.

Fatimə Kərimli