Nobel sülh mükafatı üçün maraqlı təklif

nobel-sulh-mukafati-ucun-maraqli-teklif
Oxunma sayı: 949

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, xokkey üzrə Olimpiya çempionu Anjela Ruqqyero qadın xokkeyçilərdən ibarət birləşmiş Koreya yığmasına Nobel sülh mükafatının təqdim olunmasını təklif edib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, o, bu addımın çox təqdirəlayiq olduğunu söyləyib.

Xatırladaq ki, Koreya 1953-cü ildə parçalandıqdan sonra Cənubi Koreya və Şimali Koreya arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, bu ölkələr Pxençxanda Qış Olimpiya Oyunlarında qadın xokkeyçilərdən ibarət vahid komanda ilə təmsil olunublar.