“Nobel”dəki yolda qaz sızması baş verib - Fotolar

nobeldeki-yolda-qaz-sizmasi-bas-verib
Oxunma sayı: 1181

Nobel prospektindən Zığ şossesinə gedən istiqamətdə yolun altından keçən qaz kəmərində sızma baş verib.

Bu barədə “Qafqazinfo” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, sızmanın aradan qaldırılması üçün aidiyyatı qurum tərəfindən yol qazılıb: “Qəza aradan qaldırılıb. Hazırda yolda asfaltlanma işləri görülür. Yaxın 1 saat ərzində təmir-bərpa işləri yekunlaşacaq”.

Günel Türksoy