Nokia işçilərini ixtisar edir

nokia-iscilerini-ixtisar-edir
Oxunma sayı: 644

Şirkət, həmçinin Finlandiya, Macarıstan və Meksikadakı müəssisələrinin işini optimallaşdırmaq istəyir. Gələn il şirkəti yeni ixtisarlar gözləyir.
Nokia bu ilin aprelində artıq 4 min əməkdaşını ixtisar edib.
Şirkətin ayrıca məlumatında deyilir ki, onun Almaniyanın Siemens AG şirkəti ilə müştərək müəssisəsi olan Nokia Siemens Networks öz nizamnamə kapitalı üçün əsas şirkətlərdən 1 milyon avro məbləğində vəsait alacaq.
Sentyabrın 29-da keçirilən hərraclarda Nokia səhmləri 2,3 faiz, Siemensin səhmləri 0,5 faiz ucuzlaşıb.