“Normal kişiyəm”

normal-kisiyem
Oxunma sayı: 641

Lent.az-a açıqlama verən stilist, şəkildə öpüşdüyü şəxsin biseksual olmadığını deyib: “ Şəkildə öpüşdüyüm şəxs, kişi deyil. Qadındır. Adı da Şəbnəmdir. Bu şəkillərə görə onun ailəsində də söz-söhbətlər olub. Normal kişiyəm. Mən orada oğlanla öpüşən deyiləm ki?

Belə biabırçılıq olar? Adımın belə söhbətlərdə hallanması mənə çox pis təsir edir. Məsələ ilə bağlı bu gün Röya, Rəqsanə, Sevda və bir çoxu mənə zəng edib məsələnin nə dərəcədə doğru olub-olmadığını soruşdu. Bu şəkillər yalnız 3 nəfərdə Zöhrab Ağayevdə (Zorikdə), fotoqrafda və məndə olub. İndi şəkillərin kim tərəfindən yayıldığı araşdırılır. Bu məsələ belə qalmayacaq. Xəbəri ilk olaraq yazanlar və şəkli yayanlar məhkəmə qarşısında cavab verəcək”.