Norveçdə 700 neftçi maaşa görə tətil elan edib

Norveçdə 700 neftçi maaşa görə tətil elan edib
Oxunma sayı: 1063

Norveçdə neft-qaz sektorunun işçiləri tətilə başlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, neft-qaz sənayesi işçilərinin birliyi olan Safe ilə işəgötürənlər assosiasiyası məvacibin artırılması barədə ortaq qərara gələ bilmədiklərinə görə kontinental şelfin 9 ərazisində işləyən 669 işçi tətil elan edib. Həmkarlar ittifaqlarının nümayəndələrinin sözlərinə görə, razılıq əldə edilməsə gələn həftə tətilə 900 nəfər də qoşula bilər. Belə olan halda 20 şelfdə işlər dayanacaq.

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi