Norveçdə dənizə düşən helikopter tapıldı

norvecde-denize-dusen-helikopter-tapildi
Oxunma sayı: 1238

26 oktyabrda Norveçdə Şimal dənizində qəzaya uğrayan yüngül mühərrikli “Mi-8” helikopteri tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, suyun 200 metr dərinliyində tapılan helikopterdən 8 ekipaj üzvünün cəsədi çıxarılıb.

Qəzada ölənlər arasında 3 elm adamı olub. Onlar Arktika və Antarktida Elmi-Araşdırma İnstitutunun əməkdaşları - Oleq Qolovanov, Nikolay Fadeev və Maksim Kauliodur.

Ekipaj isə komandir Yevgeni Baranov, ikinci pilot Vladimir Frolov, mexanik Aleksey Poulyauskas, texnik Marat Mixtarov və mühəndis Aleksey Korolevdən ibarət olub.