Notariat Kontorundan 1907 manat oğurlandı

notariat-kontorundan-1907-manat-ogurlandi
Oxunma sayı: 862

Tovuzda rayon Notariat Kontorundan oğurluq olub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, ötən gecə hələ ki, kimlikləri məlum olmayan şəxs və ya şəxslər adı çəkilən qurumun binasına daxil olub orada olan ödəmə aparatını qıraraq 1907 manat pul aparıblar. 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. 

Elmar Əli