Notariuslarla bağlı yenilik

notariuslarla-bagli-yenilik
Oxunma sayı: 2194

Notariat hərəkətlərinin aparılması üçün əsas olan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair sənədləri barədə məlumat “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə əldə edildiyi halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsdən tələb edilməyəcək.
 
“Qafqazinfo”nun məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə" qərarında əksini tapıb.
 
Eyni zamanda nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə barədə məlumat “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə edildiyi halda (etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldüyü hal istisna olmaqla), həmin etibarnamənin nümayəndə tərəfindən təqdim edilməsi tələb olunmayacaq.