Notr-Dam yanğından sonra... - Fotolar

notr-dam-yangindan-sonra
Oxunma sayı: 3730

Xəbər verdiyimiz kimi, ötən gün Paris arxiyeparxiyasının kafedral kilsəsi olan Notr-Damda baş vermiş güclü yanğın onun məhvinə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, 856 illik tarixi kilsənin yanğından sonra fotoları yayılıb.

Xatırladaq ki, Parisin simvollarından biri olan Notr-Dam kilsəsində yanğın aprelin 15-də yerli vaxtla saat 18:50-də (Bakı vaxtı ilə 20:50) başlayıb. Yanğını yalnız aprelin 16-da səhər saatlarında söndürmək mümkün olub. Alovla mübarizədə 400-ə yaxın yanğınsöndürən iştirak edib.

Fransa prezidenti Emmanuel Makron kafedralın bərpa ediləcəyini bildirib. Ekspertlərin fikrincə, buna 10 illərlə vaxt lazımdır.