Notr-Damdakı yanğının səbəbi açıqlandı

notr-damdaki-yanginin-sebebi-aciqlandi
Oxunma sayı: 4044

Fransanın paytaxtı Parisdəki tarixi Notr-Dam kilsəsindəki yanğının səbəbi məlum olub.

“Qafqazinfo” “Ensonhaber.com”a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ilkin ehtimal olan qısa qapanma versiyasını təsdiqləyiblər.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, yanğın nəticəsində kilsə yararsız hala düşüb. Fransa prezidenti Emmanuel Makron tarixi abidənin 5 il ərzində yenidən tikiləcəyini elan etməsindən sonra müxtəlif təşkilatlardan ümumilikdə 1 milyard avro yardım toplanıb.