Notting Hill karnavalı təhlükədə

notting-hill-karnavali-tehlukede
Oxunma sayı: 642

1964-ci ildən bəri təşkil edilən karnavalda insanlar hər il soyğuna və başqa təhlükələrə məruz qalırlar.
Braziliyada keçirilən Rio karnavalından sonra ən böyük küçə şənliklərindən sayılan Notting Hill festivalı təxirə salınmaq barədə söhbətlərə səbəb olub.
Ancaq İngilis mətbuatı, London polisinin təhlükəsizlik tədbirlərini gücləndirməklə festivalın 28-29 avqust keçiriləcəyini yazır.
Ötən il keçirilən festivala 1 milyondan çox adam qatılmışdı. Karnaval iştirakçıları rəngli geyimlərdə rəqslər edir, keçid mərasimi təşkil eləyirlər.