Növbəti erməni təxribatının qarşısı alınıb

novbeti-ermeni-texribatinin-qarsisi-alinib
Oxunma sayı: 1153

Sentyabrın 11-də “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının yerləşdirilməsinə cəhd edilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Qeyd edək ki, sərginin təşkilatçısı ITE Group da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.