Növbəti qətliam – 4 ölü

novbeti-qetliam-4-olu
Oxunma sayı: 636

APA-nın “Röyters” agentliyinə istinadən verilən xəbərə görə, evin içində barrikada qurmuş cinayətkarla danışıqlar nəticə verməyib.
Binaya daxil olan polislər silahlı şəxsi güllələyiblər. Evə daxil olan polislər girov götürülən şəxsləri artıq öldürülmüş aşkar ediblər.
Polis baş vermiş insidentlə bağlı hələlik rəsmi məlumat verməyib.

Xatırladaq ki, bundan əvvəl, 2012-ci ilin iyulun 20-də Avrora şəhərində kinoteatrda kütləvi qətl baş verib. Avtomat və iki tapança ilə silahlanan Ceyms Holms kinoteatra daxil olub və gözyaşardıcı qazdan istifadə edərək, tamaşaçılara atəş açıb. Hadisə nəticəsində 12 nəfər həlak olub, 58 nəfər yaralanıb.