Növbəti zəvvar qrupu yola düşdü- - Video

novbeti-zevvar-qrupu-yola-dusdu-
Oxunma sayı: 964


“Qafqazinfo”nun ANS-ə istinadən məlumatına görə, bu dəfəki qrupun sayı 400 nəfərdən ibarətdir. Bundan sonra daha 375 nəfərdən ibarət zəvvarlar müqəddəs torpaqlara yollanacaqlar. 

Səudiyyə Ərəbistan kralının təlimatı ilə Kəbənin ətrafı genişləndiriləcək. Xəbərə görə, 10 il əvvəl Osmanlı dövründən qalma Əcyad qalasının dağıdılaraq yerində inşa edilən Əl-Baid qüllələri də söküləcək. 

20 il sonra layihə çərçivəsində inşası müzakirələrə səbəb olan “Zəmzəm qüllələri” adı verilən Əl-Baid qüllələri tamamilə aradan qaldırılacaq. Hər il milyonlarla müsəlmana ev sahibliyi edən Məkkədə layihə çərçivəsində davam edən işlər nəticəsində müqəddəs məkanın ətrafı xeyli dəyişəcək və o, 2035-ci ildə gördüyünüz kimi olacaq.