Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Novruz bayramına həsr olunmuş tədbir keçirilib
Oxunma sayı: 808

Bakının Sabunçu rayonunun 81 saylı məktəbində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirə Bakı şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva, Təhsil idarəsinin əməkdaşları, Sabunçu rayonu İcra Hakimiyyəti başçısının müavinləri Rəna Fərəcova və Güloğlan Məmmədov, Zabrat, Kürdaxanı və Pirşağı qəsəbələrinin icra hakimiyyətlərinin nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən Bakı şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O, bu bayramın hər evə, hər ocağa bolluq gətirməsini, hər kəsə sevinc bəxş etməsini arzu edib.

Sabunçu rayonu İcra Hakimiyyəti başçısının müavinləri Rəna Fərəcova uşaqları Novruz bayramı münasibətilə təbrik edib və onlara ölkəmizin layiqli vətəndaşları olmağı arzulayıb. R.Fərəcova öz təbrikində onu da vurğulayıb ki, bahar bayramı ölkəmizin hər bir guşəsində əsl ümumxalq bayramı kimi qeyd edilir və xalqımız çiçəklənən gələcəyin, sabit, dinc yaşayışın təmin edilməsini və tərəqqini prezidentimiz İlham Əliyevin düzgün, düşünülmüş siyasətində görür və bu yolu ürəkdən dəstəkləyir. Uşaqlar səhnədə improvizə edilmiş tonqal, şirniyyat dolu sini qablar qurdular. Al-əlvan milli geyimlərdə olan məktəblilər bahara həsr olunmuş şeirlər deyiblər, Azərbaycan xalq mahnıları oxuyublar, qonaqlara Novruz bayramının adət və ənənələrindən söz açıblar.

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi