Novruz Məmmədov Çavuşoğlu ilə görüşdü

novruz-memmedov-cavusoglu-ile-gorusdu
Oxunma sayı: 4013

Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu baş nazir Novruz Məmmədovla görüşüb. 

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə M. Çavuşoğlu şəxsi “Twitter” səhifəsində yazıb. 

“Üç ay əvvəl yeni vəzifəyə başlayan baş nazir Novruz Məmmədovla görüşdük. Görüşdə qardaş Azərbaycanla mükəmməl səviyyədə olan əlaqələrimizi daha da irəli səviyyələrə daşımaq ətrafında müzakirə apardıq”, - deyə nazir qeyd edib.