Novruz Novruzlu dünyasını dəyişdi

novruz-novruzlu-dunyasini-deyisdi
Oxunma sayı: 4823

“Savalan” musiqi qrupunun bədii rəhbəri və solisti Novruz Novruzlu dünyasını dəyişib.  “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. 

İlahi mahnıların tanınmış ifaçısı 58 yaşında vəfat edib. N. Novruzlunun yaxınları "facebook"da onun fotosunu paylaşaraq ailəsinə başsağlığı veriblər.

Qeyd edək ki, sənətçinin 17 yaşlı qızı Nədimli Novruzlu 4 il bundan əvvəl dəm qazından boğularaq faciəli şəkildə həyatını itirmişdi.