Novruz şənlikləri zamanı partlayış baş verdi - 6 ölü, 23 yaralı

novruz-senlikleri-zamani-partlayis-bas-verdi
Oxunma sayı: 3862

Əfqanıstanın paytaxtı Kabildə Novruz şənlikləri zamanı partlayış baş verib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şahidlər partlayışın raket atəşi ilə bağlı ola biləcəyini söyləyirlər. "Pajvak" agentliyi isə öz növbəsində, bölgəyə 3 raketin atıldığını bildirib. 

Ölkənin Səhiyyə Nazirliyi partlayış nəticəsində altı nəfərin öldüyünü, daha 23-ünün yaralandığını açıqlayıb.