Novxanıda yanğın, 5 nəfər təxliyə olunub

novxanida-yangin-5-nefer-texliye-olunub
Oxunma sayı: 1311

Abşeron rayonunun Novxanı kəndində "Land Rover" markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin 2-ci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.