Noyabrda toyları olacaq - Fotolar

noyabrda-toylari-olacaq
Oxunma sayı: 6424

ATV kanalında yayımlanan “Vicdan haqqı” serialının Farizi Murad İsmayılla Nərgizi Ülviyyə Xəlilbəylinin toy tarixi məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə cütlük “Zaurla Günaydın” proqramına qonaq olarkən danışıblar.  Murad və Ülviyyə noyabrın 26-da toylarının olacağını qeyd ediblər. 

Xatırladaq ki, hər iki tanınmış  bu ilin avqust ayında nikah bağlayıblar. 

Qeyd edək ki, Muradla Ülviyyə "Vicdan haqqı" serialında rol alarkən tanış olublar. Onlar iki ilə yaxındır ki, eşq yaşayırlar.

Cütlük hazırda ARB kanalında yayımlanan “Uçurum” serialının baş qəhrəmanlarıdır.