Noyabrın 16-dan hava düzələcək

noyabrin-16-dan-hava-duzelecek
Oxunma sayı: 645

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah bəzi yerlərdə yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 9-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 15-də Abşeron yarımadasında buludlu, rütubətli və küləkli hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 16-17-də oksigenlə daha zəngin və təmiz havaların üstünlüyü, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nigar Məmmədli