Noyert ABŞ-ın BMT-də daimi nümayəndəsi olmaqdan imtina etdi

noyert-abs-in-bmt-de-daimi-numayendesi-olmaqdan-imtina-etdi
Oxunma sayı: 815

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyert ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna namizədliyini geri çəkib.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Dövlət Departamentinin məlumatında bildirilir ki, Hizer Noyert bu gün namizədliyini geri çəkməklə bağlı məlumat verib. Prezident Donald Trampın yeni namizədin adını tezliklə açıqlayacağı qeyd edilir. Noyert özü isə bu qərarı ailə vəziyyəti ilə əlaqədar qəbul etdiyini bəyan edib. 

“Son iki ay mənim ailəm üçün ciddi sınaq oldu və buna görə qərara gəldim ki namizədliyimi geri çəkim” deyə Noyert addımını belə izah edib. 

“The Washington Post” isə mənbəsinə istinadən yazır ki, Noyertin namizədlikdən imtinasının arxasında onun uşaqlarının dayəsi ilə bağlı ortaya çıxan fakt olub. Belə ki, həmin dayənin ölkədə qeyri-leqal yaşadığı və işləmək izninin olmadığı iddia edilir. 

ABŞ Dövlət katibi Mayk Pompeo bildirib ki, əməkdaşının qərarına hörmət edir və ona gələcəkdə uğurlar arzu edir. 

Qeyd edək ki, Noyert uzun müddət televiziyada işlədikdən sonra dövlət departamentinin nümayəndəsi olmuşdu.