Nüfuzlu təşkilat İrana qarşı hərbi əməliyyatlar təklif etdi

nufuzlu-teskilat-irana-qarsi-herbi-emeliyyatlar-teklif-etdi
Oxunma sayı: 645

“Qafqazinfo”nun xarici KIV-lərə istinadən xəbərinə görə, bu təşkilatın tərkibinə ehtiyatda olan generallar, kəşfiyyatçılar və Respublikaçılar və Demokratlar partiyalarından siyasətçilər daxildirlər.

Təşkilatın fevralın 1-də təqdim etdiyi sənəddə ABŞ-ın xarici siyasətində İranın nüvə silahını əldə etməsinə imkan verilməməsi təklif olunur.

“Bipartisan Policy Center” bu planın həyata keçirilməsi üçün Barak Obama administrasiyasından İranla diskussiyaların sərtləşdirilməsini, qəti sanksiyaların tətbiqini və bu ölkənin nüvə sənayesini məhv etmək üçün hrəbi əməliyyatların keçirilməsini zəruri sayır.