Nümayəndəlik fəaliyyəti ilə bağlı dəyişikliklər - Təsdiqləndi

Nümayəndəlik fəaliyyəti ilə bağlı dəyişikliklər
Oxunma sayı: 3558

Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklikləri təsdiqləyib.
 
“Qafqazinfo”nun məlumatına görə, dəyişikliklə məhkəmə proseslərində  nümayəndəlik institutu vəkillik institutu ilə əvəzlənib.
 
Sənədlərə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək. Belə ki, Mülki Prosessual Məcəlləyə edilən dəyişikliyə əsasən “fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər.  Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.
 
Dəyişikliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi