Nümayişçilər limanı ələ keçirdilər

numayisciler-limani-ele-kecirdiler
Oxunma sayı: 634

Kaliforniyanın Oklend şəhərində nümayişçilər limanı blokadaya alıblar. Oklend limanının işi dayandırılıb. Oklend nümayişçilərinə həmkarlar ittifaqları da qoşulublar. Aksiya iştirakçıları bankların önündə piket keçirib, yollarda hərəkəti dayandırıb və ölkənin ən iri limanlarından birinin işini iflic ediblər.

Oktyabrın 25-də Oklend şəhər administrasiyası "Oklendi işğal et" hərəkatının çadır düşərgəsinin dağıdılmasında gözyaşardıcı qazdan istifadə edilməsinə icazə vermişdi. Həmin vaxt şəhərdə etiraz aksiyasının 100-ə yaxın iştirakçısı həbs edilmişdi.

"Wall Street-i işğal et" hərəkatının etiraz aksiyaları Kolorado ştatında və ABŞ-ın şərq sahillərindəki digər ştatlarda da keçirilir.


ANS PRESS