Nümunəvi abonentlərin sayı artır

numunevi-abonentlerin-sayi-artir
Oxunma sayı: 640

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlki illərdə ödənişin çox aşağı olduğu Masallıda, Lənkəranda və digər şəbəkələrdə də bu proses həyata keçirilir.

Ümumi vəziyyətə müsbət təsir göstərən amillərdən biri də enerji satışı işinin avtomatlaşdırılmasıdır. Bu sistemdə məqsəd satılan elektrik enerjisinin uçotunu düzgün qurmaq, sərfiyyatın ünvanlılığını təmin etmək, itkilərin qarşısını almaqdır.
Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması baxımından da təsirli tədbirlər həyata keçirilir. İtirilmiş elektrik enerjisinin bərpa olunmuş istehlak dəyərini ödəmək istəməyən, elektrik avadanlıqları və ya qurğularına qeyri-qanuni müdaxilə edən abonentlərlə bağlı akt tərtib olunur və onlar haqqında tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciətlər edilir. Bu qəbildən olan tədbirlər də tədricən öz təsirini göstərir. İstehlakçılar arasında nümunəvi abonentlərin sayı getdikcə artır.

Nigar Məmmədli