Nur-Sultanda Rusiya, İran və Türkiyə nümayəndələrinin görüşü başlayıb

nur-sultanda-rusiya-iran-ve-turkiye-numayendelerinin-gorusu-baslayib
Oxunma sayı: 674

Rusiya, İran və Türkiyənin nümayəndə heyəti Suriya məsələsi üzrə Astana danışıqları çərçivəsində 25-26 aprel tarixlərində Qazaxıstanın paytaxtında üçtərəfli görüşlər keçirir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, görüşə KİV buraxılmayacaq.

Rusiya nümayəndə heyətinə prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal, İranın xarici işlər nazirinin müavini Əli Əsgər Hacı rəhbərlik edir. Nur-Sultanda keçirilən görüşə, həmçinin, suriyalı hökumət nümayəndələri, Suriya müxalifəti, BMT-nin Suriya üzrə xüsusi səfiri Qeyr Pedersen qatılıb.