Nura “Gözlərim gəzir səni” oxudu- - Video

nura-gozlerim-gezir-seni-oxudu-
Oxunma sayı: 1304


 “Qafqazinfo”nun məlumatına görə, ifaçı Abbas Bağırov, Ramal İsrafilov və bir çox məşhurların ifa etdiyi “Gözlərim gəzir səni”, həmçinin “Şeron” qrupunun məşhur “İntizar” mahnısını indi Nura Suri də səsləndirib.

 “İfa etdiyim hər iki mahnı tamaşaçılar tərəfindən illər öncə sevilib. Mən də bu bəstələri sevirəm. Oxumaq istədim və görürəm yaxşı alınıb. Ümid varam ki, dinləyicilər mənim də ifamda bu mahnıları bəyənəcəklər”-, deyə sənətçi bildirib.

 İfaçı açıqlaması zamanı tezliklə ölkəni tərk edəcəyini də dilə gətirib: 

“Uşaqlarımı da götürüb dostlarımla birgə Türkiyənin bir neçə şəhərində dincələcəyəm. Bu il məni çox yordu. Qayğılarım, işlərim, evim, ailəm, hər birinə eyni dərəcədə diqqət ayırmalıyam. Hiss edirəm ki, çox yorulmuşam. Dincəlməyə ehtiyacım var”.