Nura Suri yeni klipini təqdim etdi

nura-suri-yeni-klipini-teqdim-etdi
Oxunma sayı: 1432

Müğənni Nura Suri mətbuat konfransı keçirərək “Gitme” adlı yeni klipini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, ifaçı konfrans zamanı yeni klipindən söz açaraq çəkilişlərin iki gündə tamamlandığını bildirib: "Mahnının sözləri Zülfi Bədəlova və mənə, eyni zamanda musiqisi də mənə və Əvəz Muradova məxsusdur".

Konfrans zamanı bildirilib ki, klip üzərində 15 nəfərlik komanda çalışıb. "Gitme"ni gənc rejissor Nuran Məmmədov ərsəyə gətirib. Müğənninin stili üzərində isə rejissorun özü və Elnur Həsənov çalışıb.