Nuradan oğlu ilə bağlı - - Açıqlama

nuradan-oglu-ile-bagli-
Oxunma sayı: 2404


“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Nura Suri oğlunun xaricə getməsinə qadağa qoyulması ilə bağlı yayılan xəbərlə münasibət bildirərkən deyib.

Müğənni bu xəbərlərin həqiqətə uyğun olmadığını və heç bir ölkəyə getməyə hazırlaşmadığını qeyd edib:

"Deyəsən, bəzi jurnalistlər mövzu qıtlığı yaşayır. Mövzu tapılmayanda isə məşhur adamların şəxsi həyatlarına müdaxilə etmək qərarına gəlirlər. Mən sizin sayt vasitəsilə demək istəyirəm ki, bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) mənim haqda çıxan xəbər həqiqəti əks etdirmir. Həmin yalan xəbəri yayan adamlara  tövsiyə edərdim ki, insanların həyatına müdaxilə etməkdənsə, daha ciddi işlərlə məşğul olsunlar. Bu etdikləri qanuna ziddir. Mənim fəaliyyətim haqqında yazmaq ixtiyarları var. Amma şəxsi həyatımnan doğru və yanlış xəbər yazmaq qanuna ziddir. Azərbaycan Konstitusiyasından xəbərləri yoxdur, çox güman ki".

Xatırladaq ki, dünən virtualaz.org saytında  Nuranın övladlarından birinin xaricə aparılmasına icazə verilmədiyi barədə məlumat yayılıb. Məlumatda qeyd olunur ki, uşağın atası - Nuranın keçmiş əri Əlirza Suri yetkinlik yaşına çatmamış övladının başqa ölkəyə aparılmasına razı olmayıb.