Nuranın da mahnısı plagiat çıxdı - Bu dəfə Şakiradan

nuranin-da-mahnisi-plagiat-cixdi
Oxunma sayı: 1392

Müğənni Nura Suri yeni mahnı və fotosessiyasya imza atıb.

"Qafqazinfo" xəbər verir ki, ifaçı söz KQB-yə və musiqisi Farid Ağaya məxsus "#MazoxistO" adlanan mahnısını radioda dinləyicilərinə və internet istifadəçilərinə təqdim edib.

Yaradıcılığı ilə yanaşı xarici görünüşünə də diqqət yetirən Nura, yay ab-havalı fotosessiya üçün fotoqraf Əlibəy Qasımovun obyektivi önünə keçib.

Müğənninin rəngarəng stili üzərində Leyla Əhmədova çalışıb.

***

Big.az-n məlumatına görə, Nura Surinin mahnısı plagiat çıxıb. Bəstənin Şakiranın sonuncu hiti olan "Chantaje" ilə bənzərliyi diqqətdən yayınmayıb.