Nuranın oğluna ölkədən çıxmağa qadağa qoyuldu

nuranin-ogluna-olkeden-cixmaga-qadaga-qoyuldu
Oxunma sayı: 4456


Virtualaz.org-un məlumatına görə, uşağın atası - Nuranın keçmiş əri Əlirza Suri yetkinlik yaşına çatmamış övladının başqa ölkəyə aparılmasına razı olmayıb.

Nura bununla bağlı keçmiş həyat yoldaşına qarşı yetkinlik yaşına çatmayan uşağın digər valideynin razılığı olmadan ölkədən getməyinə və ölkəyə gəlməyinə icazə verilməsi tələbinə dair iddia qaldırıb. Binəqədi Rayon Məhkəməsi iddianı təmin etməyib. İşə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, müğənninin üç oğlu var.