“Nurçu”lara qarşı daha bir əməliyyat- - 2 nəfər saxlanıldı

nurculara-qarsi-daha-bir-emeliyyat-
Oxunma sayı: 5126


Qazax rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinə Qazax səhərinin Bakı küçəsində yerləşən, Qazax şəhər sakini, hazırda Rusiya Federasiyasında yaşayan Qasımov Mahmud Hümbət oğluna məxsus evdə dini dərslərin tədris olunması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin ünvanda qanunsuz olaraq “Nurçuluq” cərəyanını təbliğ edən Gəncə şəhər sakini, 35 yaşlı Ağayev Murad Məhərrəm oğlu və Qazax rayonu Daş-salahlı kənd sakini 45 yaşlı Əhmədov Aqil Mahmud oğlu müəyyən edilib.

Evə baxış zamanı “Nurçuluq”u təbliğ edən 175 ədəd ədəbiyyat, həmçinin dərslərə cəlb edilənlərin yaşaması üçün 7 ədəd divan və 4 çarpayı yataq dəsti ilə birlikdə aşkar edilib.

Polis Şöbəsindən verilən məlumata görə, Aqil Əhmədov barəsində 7 sutkalıq həbs qəti imkan tədbiri seçilib. Murad Ağayev barəsində hansı tədbirin görüləcəyi isə dini ədəbiyyatla bağlı ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.