Nurgül 2 aylıq sevgilisiylə dava etdi

nurgul-2-ayliq-sevgilisiyle-dava-etdi
Oxunma sayı: 2497

Aktrisa Nurgül Yeşilçay iki aylıq sevgilisi Necati Kocabayla dava edib.  “Qafqazinfo” xəbər verir ki, ötən gün restoranda yemək yeyən cütlük mübahisə etməyə başlayıb. 

Nurgül əsəbiləşərək stolun üstündəki stəkanı götürüb və yerə çırpıb. Necati “Sakit ol, qışqırma. Hamı bizə baxır”, - deyib, Nurgülü qolundan dartaraq tualetə aparıb. 

Onlar daha sonra gərgin vəziyyətdə məkandan ayrılıblar.