Nüşabə 50 yaşını belə qeyd etdi - Fotolar

nusabe-50-yasini-bele-qeyd-etdi
Oxunma sayı: 3457

Əməkdar artist Nüşabə Ələsgərli 50 yaşını qeyd edib.  “Qafqazinfo” xəbər verir ki, müğənni yubileyni səbət dostları ilə birgə keçirmək qərarına gəlib. 

Ad günündə xalq artistləri Nazpəri Dostəliyeva, Məleykə Əsədova, Niyaməddin Musayev, müğənnilər Elnur Məmmədov, Xatirə İslam, Nura Suri, Elçin Cəfərov və başqaları iştirak edib. 

Onlar gecədən çəkilən fotoları sosial şəbəkədə paylaşaraq əməkdar artisti bir daha təbrik ediblər. 

Bundan əlavə, məclisə Ələsgərlinin həyat yoldaşı Rza da qatılıb. Bildirək ki, müğənni ilə əri 7 ildir ki, ailəlidir. 

Əslən iranlı olan Rza idmanla məşğul olur və illər öncə əməkdar artistin cangüdəni işləyib.