Nuşirəvan Məhərrəmli sözündən dönmür

nusirevan-meherremli-sozunden-donmur
Oxunma sayı: 635

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, Azərbaycanda türk dilində çəkiləcək “Mahmud və Məryəm” filmi həmin dildə Türkiyə ekranlarında nümayiş etdiriləcək. Azərbaycan telekanallarında isə film Azərbaycan dilinə dublyaj edildikdən sonra veriləcək: “Hər ölkənin öz qanunları var. Azərbaycanda hansı dildə kino çəkilsə belə o, Azərbaycan ekranlarında öz doğma dilimizdə nümayiş etdirilməlidir. “Mahmud və Məryəm” filminin türk dilində çəkilişində heç bir problem yoxdur. Biz qardaş ölkəyik və Azərbaycanda türk dilində filmin çəkilməsi normal haldır. Lakin, filim Azərbaycan ekranlarında Azərbaycan dilində nümayiş etdiriləcək”.

Qeyd edək ki, “Mahmud və Məryəm” filmində rol alan Azərbaycan aktyorları türk dilinə yiyələnmək üçün bir müddət hazırlıq prosesi keçiblər.