Nüsrət Kəsəmənlinin ailəsi prezidentə və xanımına müraciət edib

nusret-kesemenlinin-ailesi-prezidente-ve-xanimina-muraciet-edib
Oxunma sayı: 2038


 “Qafqazinfo”nun məlumatına görə, bu gün Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə A. Kəsəmənlinin növbəti məhkəməsində vəkil Aytən Əliyeva çıxış edib.  O bildirib ki, ittiham aktında saxta və yersiz ittihamlar mövcuddur və ““Narkotik vasitələrin qanunsuz dövriyyəsi” ilə ittiaham olunan Kəsəmənlinin daha öncə məhkumluğu dəfələrlə vurğulanır. 

Hakim son söz deməsi üçün Araz Kəsəmənliyə müraciət edib. A. Kəsəmənli  son sözünü bildirməsi üçün məhkəmədən möhlət istəyib. 

Məhkəmə prosesi mayın 7-də davam etdiriləcək. 

Qeyd edək ki, Araz Kəsəmənlinin ailəsi prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət edib. 

Xatırladaq ki, Araz Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.Dövlət ittihamçısı A. Kəsəmənliyə 10 il iş istəyib.