Nüvə silahı əleyhinə konfrans keçiriləcək

nuve-silahi-eleyhine-konfrans-kecirilecek
Oxunma sayı: 654

Vatikanda nüvə silahsızlaşdırılması üzrə yüksək səviyyəli konfrans keçiriləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüş noyabrın 10-11-də baş tutacaq.

Məlumata əsasən, ABŞ ilə Şimali Koreya arasındakı gərginliyə həsr edilən toplantıda Nobel mükafatı laureatlarının, BMT-nin və NATO-nun yüksək vəzifəli şəxslərinin iştirakı gözlənilir.

Tədbirdə, həmçinin Yaponiyanın Naqasaki şəhərinə atılmış atom bombasından sonra sağ qalmış bir şəxsin fikirləri dinləniləcək.