Nyu-Yorkda binada yanğın - Xəsarət alanlar var + Video

nyu-yorkda-binada-yangin
Oxunma sayı: 840

ABŞ-ın Nyu-York şəhərində yaşayış binasında yanğın baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin Yanğından Mühafizə Xidmətinin Tvitter hesabında məlumat yayılıb.

Məlumata əsasən, insident şəhərin şimalında, Manhetton rayonunda qeydə alınıb. Yanğın nəticəsində 1 mülki şəxs və 4 yanğınsöndürən xəsarət alıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Yanğının söndürülməsində 200 yanğınsöndürən iştirak edib.