Nyu-Yorkda kütləyə atəş açıldı - 6 ölü, 15 yaralı+ Yenilənib

nyu-yorkda-kutleye-ates-acildi
Oxunma sayı: 1999

Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin yaxınlığında silahlı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs avtomobildən ətrafa atəş açıb.

Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, hələlik xəsarət alanların sayı ilə bağlı dəqiq məlumat açıqlanmayıb.

Polis hücum edən şəxsi saxlayıb.

Hazırda araşdırma aparılır.

***

“İnterfaks” xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 15 nəfər yaralanıb.