Nyu-Yorkda qar fırtınası - Fövqəladə vəziyyət elan edildi

nyu-yorkda-qar-firtinasi
Oxunma sayı: 1311

ABŞ-ın Nyu-York şəhərində qar fırtınası və şaxtalı hava həyatı iflic vəziyyətinə salıb.

“Qafqazinfo” xəbər verir ki, şəhər meri Endryu Kuomo şəhərdə fövqəladə vəziyyət elan edib.

Məktəblər və dövlət qurumları fövqəladə vəziyyət bitənə qədər tətilə çıxıb. Əhaliyə vacib olmayan hallarda çölə çıxmamaları tövsiyyə edilib.

Məlumata görə, güclü külək səbəbindən şəhərində bəzi bölgələrində elektrik xətləri qopub, minlərlə insan işıqsız qalıb. Bundan başqa, hava limanlarından 3 minə yaxın reys təxirə salınıb.

Qeyd edək ki, ABŞ-da son 1 həftədə 17 nəfər donaraq ölüb.